Azərbaycanda 4 ayda dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib

27
may
2025
10:54
Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 182,1 milyon manat kredit verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,2 % azalaraq 90,8 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 50 % artaraq 300 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,6 % artaraq 75,59 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...