Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib
14
may
2026
12:53
Azərbaycan Mərkəzi Bankı (AMB) 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin 13 may 2026-cı il tarixli protokolu ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun 54.1.1-ci maddəsinə əsasən "Azvvallet" MMC-yə verilmiş 9 aprel 2025-ci il tarixli, "Greentek Group" MMC-yə verilmiş 18 sentyabr 2024-cü il tarixli və "Guavapay" MMC-yə verilmiş 9 aprel 2025-ci il tarixli lisenziyalar ləğv olunub.
Bununla da, ölkədə lisenziyalı elektron pul təşkilatlarının sayı 14-ə düşüb.
Oxşar xəbərlər
Qarabağa investisiya ilə bağlı 39 ölkədən müraciət edilib
Qarabağ bölgəsinə investisiya qoyuluşu üçün daxil olmuş müraciətlər 39 ölkəni əhatə edir. BAKU.WS Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikin...