Azərbaycana yanvar-oktyabrda 1,3 mlrd. dollardan çox yeyinti məhsulları idxalı edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 332 904,19 min ABŞ dollarına bərabər olub.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin 10 ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 0,7% azdır.
Ümumiyyətlə, yanvar-oktyabr aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 15,2% təşkil edib.
Hesabat dövründə ölkəyə 65 962,18 min dollar dəyərində 36 163,42 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2,8% çox, həcm göstəricisi üzrə isə 13,4% azdır.
Cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 13 413,52 min dollar dəyərində (artım 17,6%) 8 304,56 ton (artım 18,6%) süd idxal olunub.
Ölkəyə həmçinin 67 486,56 min dollar dəyərində 13 707,50 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 18,6% və 23% çoxdur.
Hüseyn Vəliyev
Oxşar xəbərlər
Bu günə olan valyuta məzənnələri - SİYAHI
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. BAKU.WS siyahını təqdim edir: Valyuta Kod Kurs ABŞ dolları USD...