Azərbaycana palma yağı neçəyə gətirilir?
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 42 465.69 ton palma yağı və onun fraksiyaları idxal olub. İdxalın dəyəri isə 58 milyon 428.65 min dollar təşkil edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə ümumi dəyəri 56 milyon 220.25 min dollar olan 41 026.5 ton xam palma yağı və onun fraksiyaları idxal olub.
Bunun 35 768.77 tonu İndoneziyadan, 5 257.73 tonu isə Malayziyadan gətirilib.
Eyni zamanda, digər palma yağı və onun fraksiyaları üzrə idxal 1439.19 ton təşkil edib: Rusiya - 746/94 ton (1 182,94 min dollar), Ukrayna - 10 ton (20.3 min dollar), İndoneziya - 589.53 ton (791.73 min dollar), Malayziya - 90.72 ton (208.67 min dollar), Türkiyə - 2 ton (4.75 min dollar).
Göründüyü kimi, 2025-ci ilin ilk 10 ayında idxal olunan palma yağının bir kiloqramının orta qiyməti təxminən 1.38 dollar olub.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola...