Azərbaycana gələn xarici turistlər ən çox bu bölgələrə gedirlər - RƏSMİ

Azərbaycana gələn xarici turistlər ən çox bu bölgələrə gedirlər - RƏSMİ
Açıqlama
İqtisadiyyat 82

Azərbaycan son illərdə regional və beynəlxalq turizm xəritəsində mövqeyini getdikcə gücləndirən ölkələrdən biri kimi çıxış edir.

BAKU.WS-in məlumtına görə, ölkənin həm Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi, həm də tarixi-mədəni irsi və təbii müxtəlifliyi xarici qonaqlar üçün maraqlı səyahət imkanları yaradır.

Maraqlıdır ki, Azərbaycana gələn qonaqlar səfər zamanı əsasən hansı şəhər və bölgələri seçirlər?

BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, daxili turizm üzrə turistik səfərlər ənənəvi 4 turizm dəhlizi üzrə həyata keçirilir:

"Bakı-Şimal, Bakı-Şimal-qərb, Bakı-Qərb, Bakı-Cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Bu baxımdan Quba, Qusar, Şəki, Qəbələ, İsmayıllı, Lənkəran, Lerik, Astara, Gəncə, Göygöl ərazilərini qeyd edə bilərik.

Bununla belə ölkə üzrə ən çox səfər edilən şəhərlər içərisində Bakı birinci yerdə dayanır. Xüsusilə, bayram və istirahət günlərində bu bölgələr üzrə turistik səfərlərin intensivləşdiyi müşahidə olunur.

Bu dəhlizlərdən əlavə, Naxçıvan ayrıca turizm destinasiyası kimi diqqət çəkir. Həmçinin işğaldan azad olunan ərazilər ölkədaxili turizm destinasiyası kimi formalaşmaqdadır".

Orxan Hüseyn

Son xəbərlər