Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb.
BAKU.WS Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı yoxlama modellərinin tətbiqi və şəffaflığın artırılması kimi strateji istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
O.Nəzərli vergi orqanları arasında bilik-təcrübə mübadiləsinin iki ölkənin vergi sistemlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib, əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini vurğulayıb. B.Kutleşa isə Azərbaycanda vergi sahəsində həyata keçirilən rəqəmsal transformasiya və modernləşmə layihələrinin Xorvatiya üçün faydalı ola biləcəyini qeyd edib, əməkdaşlığın iki ölkədə vergi inzibati səmərəliliyini artırmaq üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...