Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?
"Azərbaycandan 10-a yaxın ölkəyə yumurta ixrac olunur. BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Əfqanıstan və digər ölkələrə Azərbaycandan yumurta ixrac edilir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.
Assosiasiya sədri əlavə edib ki, 2025-ci ildə bu siyahıya ABŞ də daxil olub:
"Birləşmiş Ştatlara cari ildə 57 milyon ədəddən çox yumurta ixracı baş verib. Bundan əlavə ABŞ-yə daha 50 milyonluq öhədlik olsa da, bunu reallaşdırmaq mükün olmayıb. Səbəb isə Azərbaycana yumurta ilə bağlı qıtlıq yaranmasının qarşısını almaq olub.
Avropa ölkələrinin mağazalarında yumurta 45-50 qəpik, ABŞ-də isə 1-1.20 AZN-ə satılır. Lakin Azərbaycandan alınan yumurtanın qiyməti kommersiya sirri olduğu onu açıqlamağa icazəmiz yoxdur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19 faiz artıb
Azərbaycandan Rumıniyaya neft ixracının həcmi təxminən 19% artıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasına əsasən,...