Azərbaycan və Özbəkistan elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Özbəkistan arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Özbəkistanın daşıyıcı şirkətinə məxsus yük avtomobili yanvarın 27-də Azərbaycana çatıb.
Qeyd edək ki, AYNA tərəfindən "İcazə" blanklarının mübadiləsi və verilməsinin tam rəqəmsallaşdırılması şəffaflığı təmin edir, yükdaşımaların təşkilinin səmərəliliyini artırır, həmçinin icazələrin alınmasında vaxta qənaət etmək imkanı yaradır.
Mərhələli şəkildə digər ölkələrlə də "e-Permit" - elektron icazənin mübadiləsi və verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. BAKU.WS bu barədə AMB-yə istinadən...