Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Çin arasında neft-qaz sektoru və "yaşıl enerji" sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun "China National Offshore Oil Corporation" (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. İki ölkənin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri müzakirə edilib, mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...