Azərbaycan və Çad iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tahir Hamid Nguilin ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Çad Respublikası arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...