Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu 5 dəfədən çox artırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan iqtisadiyyatına 356,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
Hesabat dövründə BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,9 % olub.
9 ay ərzində Azərbaycan isə BƏƏ iqtisadiyyatına 437,2 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 5,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 31,2 % təşkil edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...