Azərbaycan Ukrayna ilə enerji təhlükəsizliyini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ukrayna arasında enerji təhlükəsizliyi məsələləri, enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal arasında keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan və Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzunillik tarixə malik olduğu vurğulanıb. Birgə Hökumətlərarası Komissiyanın enerji, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı genişləndirdiyi bildirilib.
Görüş zamanı humanitar əməkdaşlıq və Azərbaycanın Ukraynaya göstərdiyi dəstək də yüksək qiymətləndirilib. Ukrayna tərəfi xüsusilə humanitar yardımların və enerji sektorunda göstərilən dəstəyin ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Görüşdə potensial istiqamətlər üzrə işçi qrupların yaradılması məqsədəuyğun hesab edilib.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...