Azərbaycan tütün idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 106,650 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə Azərbaycandan 50,547 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 2,1 % çoxdur.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,55 %-ni, ixrac isə ümumi ixracın 0,23 %-ni təşkil edib.
Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.
Oxşar xəbərlər
Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. BAKU.WS Dövlət Gömrük Komitəsin...