Azərbaycan Türkiyə şirkəti ilə tekstil istehsalı üzrə əməkdaşlığı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Türkiyənin "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkəti ilə tekstil istehsalı layihəsinin həyata keçiriləsi ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan "Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş." şirkətinin nümayəndələri ilə görüşüb.
Bildirilib ki, Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər Azərbaycanda tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, eləcə də şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri Azərbaycanda da bu sahəyə investisiya qoyuluşları üçün geniş imkanlar açır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...