Azərbaycan İtaliya şirkəti ilə dekarbonizasiya tədbirlərini müzakirə edib - FOTO

Azərbaycan İtaliya şirkəti ilə dekarbonizasiya tədbirlərini müzakirə edib - FOTO
İqtisadiyyat 29

Azərbaycan İtaliyanın "Saipem" şirkəti ilə dekarbonizasiya sahələrində həyata keçirilən tədbirləri müzakirə edib.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Saipem" şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə əməkdaşlıq istiqamətlərini və prioritetləri (enerji tərəfdaşlığının mövcud vəziyyəti, birgə əməkdaşlıq imkanları, "yaşıl enerji" və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər) müzakirə etdik", - deyə o qeyd edib.

Azərbaycan İtaliya şirkəti ilə dekarbonizasiya tədbirlərini müzakirə edib - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər