Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 8 % azaldıb
19
okt
2024
23:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 10,4 min ton süd və qaymaq idxal edilib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 17,3 milyon ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1,2 min ton (13,2 %) çoxdur, dəyər baxımından isə 1,4 milyon ABŞ dollar (7,6 %) azdır.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ini təşkil edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...