Azərbaycan Şimal neft kəməri ilə neft ixracını azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycan Bakı-Novorossiysk (Şimal istiqamət) boru kəməri vasitəsi ilə 0,6 mln. ton neft ixrac edib.
BAKU.WS Energetika Nazirliiyinə istinadən xəbər verir ki, ötən il sözügedən istiqamət üzrə neftin ixracı 2019-cu ilin göstəricisi ilə müqayisədə 29% azalıb.
Xatırladaq ki, Şimal istiqamətində çəkilən Bakı Novorossiysk neft kəmərinin uzunluğu 1330 kilometrdir. Boru kəmərinin diametri 530 mm-dir. SOCAR kəmərin 231 km uzunluğunda olan Azərbaycan ərazisi ilə keçən hissəsinin operatorudur.
Borunun neftlə doldurulmasına 1996-cı ilin oktyabrında başlanılıb. Kəmərin maksimum ötürmə qabiliyyəti gündə 105 min bareldir.
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.
Oxşar xəbərlər
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Oper...