Azərbaycan Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci yerdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan 2025-ci ilin birinci rübündə Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin "Comtrade" platformasının məlumatında deyilir.
Belə ki, hesabat dövründə Azərbaycana 23,4 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Siyahıya 78,3 milyon dollarlıq idxal göstəricisi ilə Qazaxıstan başçılıq edir. Üçüncü yerdə Özbəkistan (21,4 milyon dollar) qərarlaşıb.
Rusiya şokoladının əsas idxalçıları arasında Qırğızıstan (14,7 milyon dollar), Gürcüstan (8 milyon dollar) və Çin də (7,4 milyon dollar) var. İlk 10-luğu 2,1 milyon dollarla Almaniya tamamlayır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...