Azərbaycan qeyri-neft ixracını 16%-dən çox artırıb

04
noy
2022
15:46
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.
Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5% artaraq 269,15 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2% artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Bu il Azərbaycanın qeyri-neft ixracı 1,5 milyard dollara çatıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. BAKU.WS Report-a i...