Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisinin istehsalı hədəflənir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...