Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi IV Daşkənd İnvestisiya Forumunda müzakirə olunacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, forumun üçüncü günündə - iyunun 11-də "Azərbaycan - Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru" mövzusunda panel sessiyası keçiriləcək.
"Tədbirdə hər iki ölkənin hökumət rəsmiləri və biznes liderləri ikitərəfli ticarətin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi və energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın araşdırılması üçün bir araya gələcək. Forumda həmçinin Orta Dəhliz daxil olmaqla əlaqələrin qurulması üzrə regional təşəbbüslər işıqlandırılacaq və davamlı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar təqdim ediləcək", - forumun saytında qeyd olunub.
Tədbirdə Azərbaycandan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış edəcəklər.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 101 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37ABŞ dolları və ya 1,33 % azalaraq 101,4 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...