Azərbaycan neftinin qiyməti 70 dolları keçib
Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,53 % bahalaşaraq 70,37 ABŞ dollarına yüksəlib.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların yekunlarına əsasən, "Brent" markalı neftin mart ayı üzrə fyuçersləri 70 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir barelinin dəyəri isə 1,33 ABŞ dolları və ya 1,69 % artaraq 67,77 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Xatırladaq ki, "Azeri Light" markalı neftin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları təşkil edib. Sözügedən neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə hasil olunur və bu layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
Oxşar xəbərlər
"Yaşıl enerji" istehsalında Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
Avropa Komissiyası ilə bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Azərbaycanın Avropa şirkətlə...