Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,57 ABŞ dolları və ya 3,24 % azalaraq 106,48 ABŞ dolları təşkil edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 103,78 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,51 ABŞ dolları və ya 3,26 % azalaraq 104,22 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 7,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsul ixrac edib. BAK...