Azərbaycan neftinin qiyməti 104 dolları keçib

Azərbaycan neftinin qiyməti 104 dolları keçib
İqtisadiyyat 11

Dünya enerji bazarlarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,72 ABŞ dolları və ya 2,67 faiz yüksələrək 104,4 ABŞ dollarına çatıb.

Beynəlxalq hərraclarda isə "Brent" markalı neftin avqust ayı üzrə fyuçersləri 101,24 ABŞ dollarından satılıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə ixrac edilən "Azeri Light" neftinin bir bareli 2,72 ABŞ dolları və ya 2,74 faiz bahalaşaraq 101,98 ABŞ dolları olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər