Azərbaycan nefti bahalaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 1,36% artaraq 1 barelə görə 120,65 dollar təşkil edib.
BAKU.WS xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,39% artaraq 113,9 dollar təşkil edib.
Eyni zamanda Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 123,87 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
Oxşar xəbərlər
Neft və qaz yenə bahalaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, sentyabrda çatdırmaq şərti il...