Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 81 dolları keçdi
Dünya enerji bazarlarında Azərbaycan neftinin qiymətində əhəmiyyətli artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Neft bazarındakı son hərracların nəticələrinə əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,38 ABŞ dolları (4,3%) bahalaşaraq 81,29 ABŞ dollarına yüksəlib.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin bir bareli 3,3 ABŞ dolları (4,4%) bahalaşaraq 78,36 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Beynəlxalq bazarlarda etalon hesab olunan "Brent" markalı neftin sentyabr fyuçersləri isə 77,32 ABŞ dollarından alınıb-satılıb.
Oxşar xəbərlər
SOCAR-ın Qaz İxrac İdarəsi 7 ayda qeyri-neft-qaz ixracından 8 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi 7,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsul ixrac edib. BAK...