Azərbaycan Naxçıvana yeni kommunikasiya bağlantılarının xərcini İranla birlikdə çəkəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərcləri Azərbaycan ödəyəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, İran isə İran Naxçıvan MR-i Ordubad rayonu ilə birləşdirəcək avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri ödəyəcək.
Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq.
Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edəcək, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirəcəklər.
Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətində hazırlanıb tərəflərin hökümətlərinə təqdim ediləcək.
Oxşar xəbərlər
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib - FOTO - YENİLƏNİB
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın...