Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycaa 248 min 470 ton meyvə və tərəvəz idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 191 milyon 481 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14 min 80 ton (6 %), dəyər baxımından isə 19 milyon 585 min ABŞ dolları (11,3 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.
Bundan başqa, 7 ay ərzində Azərbaycan 506 milyon 406 min ABŞ dolları dəyərində 490 min 609 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 122 min 60 ton (33,1 %), dəyər baxımından isə 122 milyon 543 min ABŞ dolları (31,9 %) çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində 3,3 % paya malik olub.
Oxşar xəbərlər
Rövşən Nəcəf: "SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır"
"İndi dəniz neft və qaz ilə paralel olaraq, biz quru və ənənəvi sahələri də inkişaf etdiririk. Bu mənada ABŞ şirkətləri texnologiyaya, biliklərə və təcrübəyə çı...