Azərbaycan Mərkəzi Bankının aktivləri 5 %-ə yaxın azalıb
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 836,486 milyon manat təşkil edib.
BAKU.WS "Report" istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 4,6 % azdır.
AMB-nin aktivlərinin 28 milyard 782,795 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 11,5 % çox), 3 milyard 957,374 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (2,2 dəfə az), 1 milyard 101,087 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (2,5 % az) təşkil edib.
2025-ci ildə AMB-nin öhdəlikləri 5,4 % azalaraq 32 milyard 675,616 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 12,1 % artaraq 19 milyard 563,427 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,5 % azalaraq 5 milyard 167,117 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,3 dəfə artaraq 3 milyard 425,07 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 5,5 % artaraq 1 milyard 240,171 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 8,2 % artaraq 2 milyard 160,87 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.
Oxşar xəbərlər
SOCAR ilə BCG arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
Bu gün "Bakı Enerji Həftəsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Boston Consulting Group" (BCG) şirkəti arasında "Xəzər Regionunda Metan Em...