Azərbaycan Mərkəzi Bankı dollar kreditləri ilə bağlı məlumat yaydı
09
iyl
2019
17:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yerli banklara 215 milyon ABŞ dolları dəyərinə qədər, xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla istiqrazlar satmağa hazırdır.BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı bildirilib.Məlumatda deyilir ki, dollar kreditlərinin manata çevrilməsindən sonra bankların valyuta mövqeyini qorumaq üçün nəzərdə tutulmuş qiymətli kağızlar artıq dövlət qeydiyyatına alınıb və banklardan müraciətlər daxil olduqca onlara satılacaq. Hələ ki, belə bir müraciət olmayıb.
Oxşar xəbərlər
Problemli kreditlərlə bağlı Maliyyə Nazirliyindən AÇIQLAMA
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tar...