Azərbaycan Mərkəzi Bankı BP ilə "Enerji Proqnozu" hesabatını müzakirə edib
Azərbaycan Mərkəzi Bankı (AMB) BP şirkəti ilə "BP Enerji Proqnozu" hesabatında qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparıb.
Bu barədə AMB-nin "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.
Bildirilib ki, AMB-nin sədri Taleh Kazımov, BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
Görüş zamanı S. Deyl tərəfindən 2024-cü il üzrə "BP Enerji Proqnozu" hesabatı təqdim olunub və hesabatda qeyd olunan ssenarilər üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanda makroiqtisadi vəziyyət, "yaşıl iqtisadiyyat"ın inkişafı və neft-qaz hasilatı məsələləri müzakirə edilib.
Mərkəzi Bankın sədri Taleh Kazımov #BP şirkətinin baş iqtisadçısı Spenser Deyl və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini qəbul edib.
— Azərbaycan Mərkəzi Bankı (@Merkezi_Bank_AZ) October 31, 2024
Görüş zamanı baş iqtisadçı tərəfindən 2024-cü il üzrə “BP Enerji Proqnozu” hesabatı təqdim… pic.twitter.com/OzeblLpzVx
Oxşar xəbərlər
SOCAR-ın idarəsi 5 ayda qeyri-neft ixracından 85 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 84,6 milyon ABŞ dolları dəyərində qeyri-neft m...