Azərbaycan Mərkəzi Bankı ABŞ ipoteka istiqrazlarındakı aktivlərini azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka ilə təmin edilmiş ABŞ istiqrazlarına investisiyaları 520,614 milyon manat olub.
BAKU.WS bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 13,6 % azdır.
Qeyd edək ki, bu ipoteka ilə təmin edilmiş istiqrazlar Federal Milli İpoteka Assosiasiyası (FNMA), Dövlət Milli İpoteka Assosiasiyası (GNMA) və Federal İpoteka Kredit Korporasiyası (FHLMC) tərəfindən buraxılmış borc qiymətli kağızlarına investisiyaları ehtiva edir. Borc qiymətli kağızları xarici menecerlər tərəfindən idarə olunan portfeldə saxlanılıb. 31 dekabr 2024-cü il tarixinə bu qiymətli kağızlar üzrə orta illik faiz dərəcəsi 3,95 % olmaqla (2023-cü ildə 3,88 % təşkil dib), illik 1,5 - 6,5 % (2023-cü ildə eyni səviyyədə olub) dərəcə ilə dəyişkən və sabit faiz hesablanır.
Hesabat dövrünə AMB-nin İpoteka və Kredit Zəmanət Fondunun qiymətli kağızlarına investisiyaları isə 56,3 % artaraq 1 milyard 513,177 milyon manata çatıb.
Ötən il AMB-nin öhdəlikləri 3,9 % artaraq 34 milyard 522,896 milyon manat təşkil edib.
Oxşar xəbərlər
AMB kağız və metal pulların istehsalı və nəqli üzrə xərclərini 34 %-dən çox azaldıb
Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kağız və metal pulların istehsalı və nəqli üzrə xərcləri 9,282 milyon manat olub. BAKU.WS bu barədə qurumun maliyyə he...
