Azərbaycan kakao idxalına çəkdiyi xərci 15 %-ə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.
Hesabat dövründə Azərbaycandan həmçinin 10,051 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 0,5 % çoxdur.
Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,63 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.
Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 2 %-ə yaxın azalıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,7 % azalaraq 66,51 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...