Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 592,6 milyon manatı (97,9 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Qeyd edək ki, 11 ayda Azərbaycanda əsas kapitala 16 milyard 658,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 8,3 % artıb.
Oxşar xəbərlər
Almaniya şirkəti SOCAR ilə aşağı karbonlu qaz həlləri üzrə əməkdaşlığı nəzərdən keçirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG AG şirkəti arasında bərpa olunan enerji və aşağı karbonlu qaz həlləri üzrə potensial əməkdaşlıq istiqa...