Azərbaycan iqtisadiyyatı böyüyüb - RƏSMİ

2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 262 300 000 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 faiz artıb.
ÜDM istehsalının 40,3 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4 720,8 manata bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanda ÜDM-in həcmi 39 milyard manatı ötüb
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul i...
