Azərbaycanda ÜDM-in həcmi 39 milyard manatı ötüb

Azərbaycanda ÜDM-in həcmi 39 milyard manatı ötüb
İqtisadiyyat 66

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 39 milyard 915,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,1 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3987,6 manata bərabər olub.

Oxşar xəbərlər

Bu il Azərbaycanda ÜDM-nin həcmi 12 milyard manatı ötüb

Bu il Azərbaycanda ÜDM-nin həcmi 12 milyard manatı ötüb

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12 milyard 019,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul (ÜDM)...

58 İqtisadiyyat 20:45 11 mart 2021

Son xəbərlər