Azərbaycan I yarımildə 3 milyard dollardan çox birbaşa xarici investisiya cəlb edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin I yarısında Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 3,2 milyard ABŞ dolları ABŞ dolları təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ölkəyə yatırılan investisiyalarda top 5-də Böyük Britaniya (806 milyon ABŞ dolları), Türkiyə (629 milyon ABŞ dolları), Kipr (353 milyon ABŞ dolları), İsveçrə (226 milyon ABŞ dolları) və İran (176 milyon ABŞ dolları) qərarlaşıb.
"Hesabat dövründə Azərbaycan xaricə 3,4 milyard ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan isə top 5-də İsrail (542 milyon ABŞ dolları), Türkiyə (177 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (156 milyon ABŞ dolları), Gürcüstan (77 milyon ABŞ dolları) və ABŞ (77 milyon ABŞ dolları) qərarlaşıb", - deyə AMB rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...