Azərbaycan Gürcüstanın ən böyük neft bitumu ixracatçısı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın neft bitumu idxalının 59,8%-i Azərbaycanın payına düşür.
BAKU.WS report-a istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan qonşu ölkəyə 54 100 ton neft bitumu ixrac edib.
9 ay ərzində Gürcüstan 90 500 ton neft bitumu idxal edib. Gürcüstana əsas neft bitumu təchizatında 22 200 tonla ikinci yerdə İraq qərarlaşıb, daha sonra 7 600 tonla İran, 3 200 tonla Rusiya, 2 100 tonla Türkiyə yer alıb.
Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi bu ilin yanvar-sentyabr aylarında 416 milyon ABŞ dollar təşkil edib. Sözügedən dövr ərzində Azərbaycanın Gürcüstana ixracı 416 milyon ABŞ dolları olub, idxalı isə 50 milyon ABŞ dolları dəyərində təşkil edib.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...