Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu
Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşüb.
BAKU.WS-in məlumatına görə, gürcüstanlı nazir bu barədə danışarkən bildirib ki, görüş zamanı Azərbaycan nümayəndə heyətinin daha əvvəl Tbilisiyə səfəri çərçivəsində müzakirə edilmiş birgə enerji və logistika layihələri diqqətdə saxlanılıb.
Bundan başqa Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin tamamlanması prosesinin sürətləndirilməsi məsələsi müzakirə edilib.
Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanla Qara Dənizdə tamamilə yeni bir layihənin icrasına başlayacaq və layihəyə Azərbaycanın müvafiq dövlət və ya özəl strukturları cəlb ediləcək.
N.Turnava bu layihənin Orta Koridorun rəqabət qabiliyyətliliyinə töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, N.Turnava iki günlük səfəri çərçivəsində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının növbəti toplantısında iştirak edəcək. O, tədbirin “Cənub Qaz Dəhlizi: Nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək sessiyasına qatılacaq. N.Turnavanın Azərbaycanın Baş Naziri Əli Əsədovla da görüşü planlaşdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır"
Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələ...