Azərbaycan "Growth Lab" ilə potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Harvard Universitetinin "Growth Lab" mərkəzi arasında üçillik əməkdaşlığın yekunları nəzərdən keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Harvard Universitetinin "Growth Lab" mərkəzinin təsisçisi və direktoru professor Rikardo Hausman ilə görüşümüzdə Azərbaycan hökuməti və "Growth Lab" tədqiqat mərkəzi arasında üçillik tədqiqat əməkdaşlığının yekunlarını və görülmüş işləri nəzərdən keçirdik. "Growth Lab" tədqiqat mərkəzinin tövsiyələrinin icrasını və potensial tərəfdaşlıq istiqamətləri üzrə növbəti addımları müzakirə etdik", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...