Azərbaycan "Eqmont Qrup" ilə "yaşıl iqtisadiyyat"ı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
COP29 çərçivəsində Azərbaycan və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qurumu - "Eqmont Qrup" ilə "yaşıl iqtisadiyyat"ın inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə edilib.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Eqmont Qrup"un icraçı katibi Jerom Byumont arasında keçirilən görüşdə aparılıb.
Müzakirələr zamanı həmçinin fiskal mexanizmlərin dayanıqlı inkişaf üçün faydaları və potensial sahələrdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə "Eqmont Qrup"un strateji məqsədləri və maliyyə monitorinqi sistemi və prinsipləri barədə məlumat verib. Ölkəmizdə maliyyə monitorinqinin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb, bu istiqamətdə - "Eqmont Qrupu" ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunulub.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...