“Azərbaycan Dəmir Yolları’’ QSC Dünya Bankı ilə “Orta Dəhliz’’in inkişaf perspektivlərini müzakirə edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
28 fevral 2023-cü il tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BAKU.WS xəbər verir ki, görüş zamanı Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə ADY-də dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
“Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Hyundai Sonata" - 2500 AZN - QİYMƏTLƏR
10 yanvar 2023-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 51 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...