Azərbaycanda bu universitet 398 min manatlıq nəqliyyat vasitələri alacaq

Naxçıvan Dövlət Universiteti (NDU) avtonəqliyyat vasitələrinin satınalınması ilə bağlı açıq müsabiqə elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, tender çərçivəsində 10 tonluq su tankeri və 18+1 yerlik VIP nəqliyyat vasitəsi alınacaq.
Müsabiqənin ümumi dəyəri 398.500 manat təşkil edir. Maraqlanan şirkətlər təkliflərini 22 aprel 2025-ci il, saat 12:14-ə qədər təqdim edə bilərlər. Eyni tarixdə zərflərin açılışı da baş tutacaq.
Satınalma müsabiqəsi "25101500 – Sərnişin motorlu nəqliyyat vasitələri" təsnifat kodu üzrə elan edilib. Tenderin şərtləri və texniki tələbləri haqqında ətraflı məlumat müsabiqə sənədlərində öz əksini tapıb.
Qeyd edək ki, NDU Naxçıvanın aparıcı ali təhsil müəssisələrindən biri olaraq maddi-texniki bazasını gücləndirmək və nəqliyyat parkını yeniləmək üçün mütəmadi olaraq yeni satınalmalar həyata keçirir.
Oxşar xəbərlər
Aqressiv büdcə siyasəti və ucuzlaşan neft: Hökumət hansı addımları atacaq?
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti son dəfə 0.34 dollar və ya 0.55 faiz azalaraq 61.83 dollara düşüb. Ötən həftə neftin...
