Azərbaycan bu il 25 ölkəyə 20 mln. tondan çox neft ixrac edib - REYTİNQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 323 731,35 min ABŞ dolları dəyərində 9 542 983,86 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
BAKU.WS Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 552 660,7 min dollar dəyərində 1 270 845,01 ton neft ixrac edib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-sentyabr aylarında bu ölkəyə 547 839,18 min dollar dəyərində 1 162 326,39 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-avqust aylarında 25 ölkəyə 9 302 613,35 min dollarlıq 20 542 983,86 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:
Oxşar xəbərlər
Bu il Azərbaycan hansı ölkələrə neft ixrac edib?
Azərbaycanın bu ilin yanvar-fevral aylarında ixrac etdiyi və 2 044 milyon ABŞ dolları gəlir əldə etdiyi 5 694 min ton bitumlu süxurlardan alınmış xam neft və ne...