Azərbaycan BP ilə enerji keçidi sahəsində birgə fəaliyyətini möhkəmləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
COP29 çərçivəsində Azərbaycan və BP şirkəti arasında enerji keçidi sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi müzakirə olunub.
BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşündə aparılıb.
Görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu baxımdan, BP ilə enerji keçidi, o cümlədən, günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb.
Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.
Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan "yaşıl enerji" layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Qalereya
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...