Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-ə yaxın artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 31 milyard 217 milyon manat təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Qeyd edilib ki, bu, iyunun 1-i müqayisədə 3,8 %, ilin əvvəlinə nisbətən 20,8 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 19,5 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 707,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4 % çox, ilin əvvəlinə nisbətən 9,6 % az, ötən il iyulun 1-i ilə ilə müqayisədə isə 2,9 % azdır.
Azərbaycanda ümumi aktivləri 60 milyard 940,4 milyon manat olan 21 bank fəaliyyət göstərir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...