Azərbaycan "Airbus"la əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyində “Airbus” şirkətinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirə aparılıb, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar diqqətə çatdırılıb.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov “Airbus”un icraçı vitse-prezidenti və Avropa üzrə prezidenti Vouter Van Vörş ilə görüşüb. Görüşdə ölkəmizdə xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış imkanlar, biznes və investisiya mühiti barədə məlumat verilib, əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirə aparılıb. Ölkəmizin təyyarə parkının yenilənməsi çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün "Airbus”la imzaladığı müqavilənin əhəmiyyəti vurğulanıb, “Airbus”la əməkdaşlıq çərçivəsində alınacaq yeni təyyarələrin milli aviadaşıyıcımızın səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verəcəyi qeyd edilib.
“Airbus” 2000-ci ildə Fransanın “Aerospatiale-Matra”, Almaniyanın “DaimlerChrysler Aerospace” və İspaniyanın “Construcciones Aeronáuticas SA” şirkətləri də daxil olmaqla Avropanın bir neçə aerokosmik şirkətinin birləşməsi ilə yaradılıb. Şirkət dünyanın ən böyük təyyarə istehsalçılarındandır, portfelində 150-dən çox təyyarə modeli var.
Qalereya
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...