Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfə artırıb

Bu ilin l yarısında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 64,75 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,1 %-dən 4,8 %-ə düşüb.
6 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 806,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 8,8 % azdır.
Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 29,7 %-dən 25 %-ə düşüb.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 1 milyard 349,8 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 3 milyard 222,5 milyon ABŞ dolları (8,2 % çox) təşkil edib.
Oxşar xəbərlər
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Əsrin müqaviləsi"nin imzalanmasının 31-ci ildönümü və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məluma...
