Azərbaycan 2026-2029-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlarını açıqlayıb

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 427,9 milyon manat və yaxud 3 % çox - 49 milyard 57,4 milyon manat olacağı proqnozlaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, 2029-cu ildə isə bu rəqəm 52 milyard 126,8 milyon manat olmalıdır.
Gələn il Azərbaycanın dövlət büdcəsinin xərclərinin isə bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 822,4 milyon manat və yaxud 2 % çox - 42 milyard 230 milyon manat olacağı gözlənilir. 2029-ci ildə isə bu rəqəm 43 milyard 764,3 milyon manat olmalıdır.
Proqnozlara görə, gələn il büdcə xərclərinin 25 milyard 451 milyon manatı və yaxud 60,3 %-i cari xərclər (bu ilə nisbətən 697,1 milyon manat və yaxud 2,8 % çox), 14 milyard 152,1 milyon manatı və yaxud 33,5 %-i əsaslı xərclər (101,9 milyon manat və yaxud 0,7 % az), 2 milyard 626,9 milyon manatı və yaxud 6,2 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər (227,3 milyon manat və yaxud 9,5 % çox) olacaq.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
