Azərbaycan 11 ayda 22 ölkəyə 22 milyon ton neft ixrac edib - ÖLKƏLƏRİN SİYAHISI
Bu ilin yanvar–noyabr ayları ərzində Azərbaycan 22 ölkəyə ümumilikdə 22 milyon 132 min 445,56 ton xam neft ixrac edib.
BAKU.WS-in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, hesabat dövründə Azərbaycan neftinin əsas alıcıları sırasında ilk beşlikdə İtaliya, Çexiya, Xorvatiya, Rumıniya və Almaniya yer alıb.
11 ay ərzində İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton neft göndərilib. Çexiyaya ixrac olunan xam neftin həcmi 1 milyon 59,25 ton, dəyəri isə 742 milyon 159,08 min ABŞ dolları təşkil edib. Xorvatiyaya 666 milyon 587,01 min ABŞ dolları məbləğində 1 milyon 255,21 min ton neft tədarük olunub.
Eyni dövrdə Rumıniyaya 559 milyon 691,19 min ABŞ dolları dəyərində 1 milyon 43,111 min ton, Almaniyaya isə 502 milyon 18,65 min ABŞ dolları məbləğində 956 min 716 ton xam neft ixrac edilib.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində Azərbaycan neft ixracını ümumilikdə 22 ölkə üzrə həyata keçirib.
Oxşar xəbərlər
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 mlrd. dollardan çox artıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Fo...